Temirusta.com

Vaxtınıza dəyər veririk, buna görə hər zaman ustalarımız ilk ziyarət zamanı məişət texnikasını evdə təmir etməyə çalışır.
Məişət texnikasında hər hansı nasazlıq şübhəsi yarandıqda gecikmədən bizimlə əlaqə saxlayın!

Indi Zəng Vur

Televizor Ustası

Televizor Ustası

Bu gün LCD, LED və Plazma panelli televizorları görmək mümkündür. Əlbəttə ki, hər bir texnologiyanın üstünlükləri və mənfi cəhətləri var. Bu səbəbdən birisi bir sahədə digərindən üstün olduğu halda, başqa sahədə zəif ola bilir. Məsələn, LCD panelli televizorlar köhnə texnologiyadan istifadə etdikləri üçün LED və plazma ilə müqayisədə daha ucuzdur, eyni zamanda performans baxımından geri qalırlar. LED-lər yüksək dinamik görüntü, parlaqlıq səviyyələri və enerji sərfiyyatı ilə seçilsə də, qara rəng politrasında plazmadan geri qalır.

Plazmalar enerji sərfiyyatı baxımından dezavantaj yaratsa da, xüsusilə kontrast nisbətləri və real görüntü təqdim etməsi ilə böyük üstünlükləri var. Bundan əlavə, televizorlar indi təkcə ekran texnologiyaları ilə deyil, həm də internetə qoşula bilmək, tətbiqlərə daxil olmaq, multimedia dəstəyi göstərmək və 3D ilə uyğunluq kimi bir çox innovativ xüsusiyyətləri ilə tanınır. Buna görə alış-verişə getməzdən əvvəl prioritetlərinizi təyin etmək daha yaxşı olar. 

Biz, temir-servis komandası olaraq istenilən növ televizor təmiri ilə məşğul oluruq. Hər bir fərqli texnologiyalı televizorın fərqli problemləri olur. 

Peşəkar ustalarımız tərəfindən LED Televizorların təmiri

Minimal və cəlbedici dizaynları, yüksək görüntü keyfiyyəti və enerji qənaəti ilə tez-tez seçilən LED televizorlar zamanla sıradan çıxa bilər. Çünki bu televizorların ekranları digər televizorlardan qat-qat həssasdır və daha çox diqqət tələb edir. LED televizorlarda baş verən əsas yayqın olanlar aşağıdakı problemlərdir və bizim peşəkar LED televizor ustalarımız onları həll edir:

  • LED panellərin qaralma problemlərinin həlli 
  • Ekranda yaşıl və ya qara incə xətt kimi nasazlıqların aradan qaldırılması (və ya ekranda enli formada qara xətt) 
  • Televizotun bir müddət işləyib öz-özünə sönməsi kimi problemin diaqnozu və həlli
  • Televizordan yanıq qoxusunun gəlməsi probleminin aydınlaşdırılıb həlli.
  • Zədələnmiş ekranların dəyişdirilməsi.

Peşəkar ustalarımız tərəfindən Plazma televizorların təmiri

  • Plazma televizorların uğursuzluqları demək olar ki, digər televizorlara bənzəyir. Bununla belə, yalnız Plazma TV istifadəçilərinin qarşılaşdığı problemlər də var. Bu uğursuzluqların başında: 
  • Televizorun açılmaması
  • Həddindən artıq qızma
  • Görüntünün bulanlıq olması

Peşəkar ustalarımız tərəfindən LCD televizorların təmiri

  • LCD televizorlarda ən çox rast gəlinən nasazlıqlardan biri ekranın açılmaması problemidir. 
  • Yanmış ana kartın dəyişdirilməsi
  • Televizorun işləməməsinə baxmayaraq görüntü və səs probleminin aradan qaldırılması.
  • Zədələnmiş ekranların dəyişdirilməsi.

Əgər televizorunuzda yuxarıda sadalanan və digər problemlər varsa ustalarımız həftənin 7 günü, günün 24 saatı köməyinizə çatmağa hazırdırlar!

televizor ustası, televizor təmiri, LCD televizor ustası, televizor ekran temiri, LCD Tv Təmiri, Smart tv təmiri, LCD TV Ustası, Smart TV Ustası, TV ustası, TV təmiri, LED TV,televizor ustasi