Vaxtınıza dəyər veririk, buna görə hər zaman ustalarımız ilk ziyarət zamanı məişət texnikasını evdə təmir etməyə çalışır. Məişət texnikasında hər hansı nasazlıq şübhəsi yarandıqda gecikmədən bizimlə əlaqə saxlayın!
Tikiş maşınları iki cür olur: sənaye və məişət tipli.
Məişət tikiş maşınları əl, ayaq və elektrik ötürücülü olurlar.
Məişət tikiş maşınları quruluşlarına, texniki imkanlarına və xarici görünüşlərinə görə müxtəlifdir. Amma buna baxmayaraq, onların quruluşunda, təmir və istismar qaydalarında bənzərliklər çoxdur.
Məişət tikiş maşınları parçanın kənarlarını kəsib düzəltmək, ilmələri və detalları ilməkləmək, dekorativ tikişləri yerinə yetirmək və həmçinin naxışvurma və gözəmə üçün nəzərdə tutulmuşdur.
Tikiş maşınını müxtəlif ötürücülərin köməyi ilə hərəkətə gətirmək olar.
Tikiş maşını ötürücülərinin növləri
Bütün müasir məişət tikiş maşınları elektrik ötürücüləri ilə təchiz edilmişdir.
Ötürücü maşının işlək hissəsini hərəkətə gətirən qurğudur.
Elektrik ötürücüsü iki əsas hissədən ibarətdir:
1. Elektrik mühərrikindən
2. Pedaldan .
Elektrik mühərriki tikiş maşınına bərkidilir.Pedal döşəmədə, rahat yerdə qurulur. Ayaqla pedalı sıxıb, elektrik ötürücüsünü işə salırlar. Maşın tikişlərinin salınma sürəti pedalın sıxılma qüvvəsindən asılıdır: pedala təzyiq nə qədər güclüdürsə, sürət də bir o qədər çox olur. Pedalı buraxdıqda, o ilkin vəziyyətə qayıdır və fırlanma sürəti maşın tam dayanana qeder azalir
Maşında tikiş işlərinə başlamazdan əvvəl təhlükəsiz iş qaydaları ilə tanış olmaq, sonra isə tikiş maşınını işə hazırlamaq lazımdır.
TİKİŞ MAŞININDA TƏHLÜKƏSİZ İŞ QAYDALARI
1. İşdə təhlükələr:
• Barmaqların iynə ilə zədələnməsi;
• Geyimin hissələrinin və ya saçların tikiş maşınının fırlanan hissələrinə ilişməsi;
• Elektrik cərəyanı ilə zədələnmə.
2. İşə başlamazdan əvvəl nə etmək lazımdır:
• Maşının sazlığını yoxlamaq;
Məmulatın detallarını birləşdirməmişdən əvvəl hissələrin arasında əl iynəsinin və ya sancaqların olub-olmamasını yoxlamaq.
3. İş zamanı nəyi etmək olmaz:
• Maşın işləyərkən yuxarı sapı saplamaq, makara qapağını quraşdırmaq;
• Maşının fırlanan hissələrinin yanında qayçı və digər alətləri qoymaq;
• Maşın işləyərkən qayçını, məmulatı və ya detalları kiməsə ötürmək.
4. İşi bitirdikdən sonra nə etmək lazımdır:
• Maşını söndürmək;
• İş yerini yığışdırmaq.
Tikiş işlərinin yerinə yetirilməsi üçün iş yeri — üzərində tikiş maşını quraşdırılmış və lazım olan alətlər, tərtibatlar və tikiş məmulatının detalları qoyulmuş masadır.
Tikiş maşınında işləyərkən düzgün oturuş çox vacibdir.
Düz oturub, gövdə və başı bir az qabağa əymək lazımdır.
Emal edilən əşyadan gözlərə qədər olan məsafə 30-40 sm olmalıdır. Maşının hərəkətdə olan hissələrinə çox yaxın əyilmək olmaz.
Tikiş maşınında iş zamanı iş yeri yaxşı işıqlandırılmalıdır. Masanın üzərində yalnız verilmiş texnoloji əməliyyat üçün lazım olan alətlər, tərtibatlar və emal edilən detallar olmalıdır. İşi bitirdikdən sonra iş yerini yığışdırmaq lazımdır.